10-11-ci siniflərdə valideyn iclası keçirildi

  10-11-ci siniflərdə valideyn iclası keçirildi. Məktəb  rəhbərliyinin təşkilatçılığı ilə baş tutan iclas zamanı bir çox məsələlərə aydınlıq gətirildi. Belə ki, buraxılış imtahanları, şagirdlərin dərsə davamiyyəti, dərs zamanı aktiv fəaliyyəti ətrafında aparılan söhbət valideynləri maarifləndirməyə, onları daha da məsuliyyətli olmaq üçün məlumatlandırmağa xidmət etdi. Sosial şəbəkələrdən istifadənin mənfi tərəfləri, dərs zamanı istifadə olunan mobil telefonların fəsadları valideynlərin diqqətinə çatdırıldı. İclasın sonunda təlim-tərbiyə üzrə direktor müavini Təranə Hadıyeva doğum günü münasibətilə təbrik edildi. Öz peşəsini ləyaqətlə yerinə yetirən, müəllim adının şərəfini daim qoruyub saxlayan Təranə Hadıyevaya valideynlər tərəfindən hədiyyə olunan gül dəstəsi isə şagird-valideyn-müəllim əməkdaşlığının bariz nümunəsi hesab edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi