Valideyn iclası

  Təhsil müəssisələrində tədrisin normal təşkili, şagirdlərin təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird-valideyn əməkdaşlığı hər zaman diqqət mərkəzində saxlanılır. Həmin əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Bu gün məktəbdə təşkil olunan valideyn iclası da sözügedən məqsədə xidmət etdi. Şagirdlərin dərsə davamlılığı, fəal iştirakı, dərs prosesini diqqətlə izləmək və öyrədilənləri öyrənmək bacarığını təmin etmək kimi məsələlərdə valideynlərin rolu vurğulandı. Şagirdlərin həvəs və maraqlarını artırmaq məqsədi ilə müxtəlif təkliflər qeyd edildi. Zəif nəticə göstərən şagirdlərlə fərdi hazırlığın təşkil edilməsi təşəbbüsü irəli sürüldü. Onların növbəti yarımildə dərslərində müvəffəqiyyət qazanmaları üçün müəyyən tövsiyyələr verildi. 1-ci yarimilin yekun qiymətləri müzakirə olundu. Buraxılış imtahanlarına hazırlıq, istedadlı şagirdlərin üzə çıxarılması, Respublika Fənnn Olimpiadasının nəticələri, məktəbin bəyannaməsi, nizam-intizam qaydaları diqqət mərkəzində saxlanıldı. Şagirdlərin sosial şəbəkələrdən istifadə qaydaları haqqında aparılan geniş söhbət onların lazım olan vaxt valideynləri ilə telefon əlaqəsinin təmin edilməsi yolunda məktəbdə qurulan şərait, mobil telefonların mümkün qədər istifadə edilməməsi kimi mühüm məsələlərə aydınlıq gətirildi. Onları maraqlandıran, narahat edən suallar cavablandırıldı. İclas valideynlərin könül rahatlığı ilə sona çatdı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi