Birinci siniflər kitabxanada

  Mütaliə mədəniyyətini hələ az yaşlarından başlayaraq bir vərdiş kimi şagirdlərə aşılamaq məktəb rəhbərliyinin qarşıya qoyduğu məsuliyyətli öhtəliklərdən biridir. Bu ali məqsədi yerinə yetirmək, əlifba ilə tanışlığı başa vurmuş şagirdlərə kitabı sevdirmək üçün bu gün birinci sinif şagirdlərinin kitabxana ilə tanışlığı baş tutdu. Sinif rəhbəri Anjelika Əlizadənin təşkilatçılığı ilə şagirdlər kitabxana rəflərinə düzülən bir-birindən gözəl kitabların sehrinə düşdülər. Onlara bu şəraiti yaradan kitabxana müdiri Aygün Fətullayevaya isə öz dərin minnətdarlıqlarını bildirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi