Psixoloqla görüş keçirildi

  Təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Şagirdlərin psixoloji vəziyyətini nəzarətdə saxlamaq və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Məktəb psixoloqu Raida Xidirova vaxtaşırı bu kimi təşəbbüslər irəli sürərək şagirdləri bir araya toplayır, onların daha ayıq olmaları üçün tövsiyə xarakterində çıxışlar edir. Şagirdləri maraqlandıran, narahat edən suallar cavablandırılır. Bu gün 8-ci sinif şagirdləri ilə aparılan psixoloji söhbət də həmin məqsədə xidmət etdi. Psixontrop maddələrin istifadəsindən yayınmaq, məişət zorakılığına qarşı mübarizə və s. mövzularda maaariflndirilən şagirdlər, həmçinin, yad insanlarla ünsiyyət zamanı nələrə diqqət etmələri haqqında da məlumatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi