"20 Yanvar" mövzusunda Dəyirmi masa təşkil edildi

  "20 Yanvar" mövzusunda Dəyirmi masa təşkil edildi. İngilis dilini tədris edən Şayəstə Əmiraslanova və Ofeliya Sərdarovanın təşkilatçılığı ilə baş tutan Dəyirmi masada 7 "B" sinif şagirdlərinin vətənpərvər ruhda çıxışları, hazırladıqları təqdimatlar onların milli əqidəyə sahib, əsl vətəndaş kimi böyümələrindən xəbər verdi. Qeyd edildi ki, " Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi