"Unutsaq, unudularıq" adlı tədbir keçirildi

  20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin F- 07, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F- 14 və məktəbin Tədbirlər Planına əsasən  xalqımızın müstəqilliyə doğru gedən yollarında qanlı iz buraxmış 20 Yanvar faciəsinin otuz ikinci ildönümü münasibətilə məktəbimizdə "Unutsaq, unudularıq" adlı anım tədbiri keçirilmişdir.  Şagirdlər əvvəlcə öz çıxışlarında 20 Yanvar faciəsinin tarixi barədə məlumat verilmiş, erməni millətçilərinin ölkəmizə qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulması, yüzlərlə insanın həlak olması, yaralanması, həbs edilməsi, itkin düşməsi barəsində ətraflı danışmışlar. Bu qanlı hadisənin və şəhidlərimizin xatirəsinin yaddaşlardan heç bir zaman silinməyəcəyini qeyd etmişlər. Tədbir rəhbərlik tərəfindən izlənmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi