5 "D" rus bölməsi sinfində 20 Yanvar faciəsi

  20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən   5 “D” rus bölməsi sinfində  təşkilat saatı keçirildi. Məktəbin daim seçilməyi bacaran peşəkar tarix müəllimi Nərmin Səfərlinin rəhbərliyi ilə  "20 Yanvar" mövzusuna həsr olunmuş təşkilat saatında əvvəlcə şagirdlərlə vətənpərvərlik mövzusunda söhbətlər aparıldı. 1991-ci il 20 yanvar tarixində ölkəmizin əmin-amanlığı uğrunda canlarından keçmiş şəhidlərimiz dərin hüzünlə yad edildi. Daha sonra şagirdlərin hazırladıqları təqdimatlar təqdim olundu. Dərin hüzün, məhəbbət və qürur hissi ilə başa çatan təşkilat saatı gənc nəslin vətənpərvər ruhunu qorumağa, tariximizi unutmamağa, mənfur düşmənlərimizə nifrət hissi aşılamağa xidmət etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi