Tarix fənni üzrə bilik yarışı keçirildi

  Tarix fənni üzrə bilik yarışı keçirildi. Əməkdar müəllim, öz peşə fəaliyyəti ilə daim örnək olmağı bacaran Ofelya Musayevanın təşkilatçılığı ilə qurulan bilik yarışında şagirdlərin aktivliyi, tarix fənni üzrə ətraflı məlumatları, onların, xüsusən də Zəfər tariximizi bu cür dərindən öyrənmələri məktəbimizin hörmətli qonağı - Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Elmar müəllim tərəfindən də yüksək qiymətləndirildi. O, öz çıxışında bu cür vətənpərvər, intellektual, fikrini sərbəst ifadə etmək qabiliyyətinə malik, savadlı şagirdlərin yetişməsində məktəb rəhbərliyinin və müəllimlərin xüsusi rolunu vurğuladı. Rəhbərliyə, müəllimlərə və şagirdlərə minnətdarlığını bildirən Elmar müəllim fikrini ruh yüksəkliyi ilə tamamladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi