"Kitab heç vaxt aldatmayan yoldaşdır!" 

  Məktəbimizdə mütamadi olaraq hər ayın sonunda oxunulmuş bədii ədəbiyyatın müzakirəsi təşkil olunur. Hər yaş qrupundan olan şagirdlər bu müzakirələrə cəlb olunurlar. Onlar ay ərzində oxuduqları kitabların müzakirəsini aparır və personajların onların dünyagörüşünə olan təsirini vurğulayırlar. Müasir dövrün yazıçıları ilə ötən dövrümüzün yazıçılarının  romanlarını müqayisəli şəkildə təhlil edirlər.

  Dəhliz divarlarının əsər personajlarının rəsmləri ilə bəzədilməsi isə şagirdlərin yaradıcı təfəkkürünün inkişafina, mütaliə etmək vərdişlərinin proqramlaşdırılmasına xidmət edərək onları stimullaşdırır.

  Məktəb rəhbərliyinin bu ali məqsədi daim nəzarətdə saxlaması  olduqca təqdirəlayiq bir haldır. "Kitab heç vaxt aldatmayan yoldaşdır!" - fikrinə əsasən, bu yoldaşlığı qurmaq, qoruyub saxlamaq gələcək nəsillərin savadlı, mütaliəli, dünyagörüşlü, vicdanlı, zərif insani keyfiyyətlərə sahib vətəndaş kimi yetişdirilməsində müstəsna rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi