Məktəb rəhbərliyinin müşavirəsi

  Məktəb rəhbərliyinin növbəti müşavirəsi oldu. Müşavirə zamanı təlim-tərbiyə üzrə direktor müavinlərinə müxtəlif tapşırıqlar verildi. Belə ki, təlim-tərbiyə üzrə direktor müavini Təranə Hadıyeva əvvəlcə metodşuranın sədri kimi hesabat xarakterli çıxışında metodbirləşmələrin fəaliyyəti haqqında geniş məlumat verdi. Daha sonra Böyük Summativ Qiymətləndirmələrin növbəti keçirilmə formatı müzakirə edildi. Müəyyən bir nəticəyə gəlinərək qərar qəbul olundu. Yanvar ayının 15-i tarixindən etibarən qiymətləndirilmənin aparılması müəyyənləşdirildi. Müşavirə zamanı təlim-tərbiyə üzrə direktor müavini Aygün Fərzəliyevaya (təşkilatçı) qarşıdan gələn 20 Yanvar faciəsi ilə bağlı tədbirlərin təşkili, dərslərə inteqrasiya olunması tapşırıldı. Təlim-tərbiyə üzrə direktor müavini Qızbəs Qasımovaya isə bu kimi taşırıqların ibtidai siniflərdə icrasına nəzarət edən cavabdeh şəxs kimi məsuliyyət daşıyacağı bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi