Siniflərə şəhidlərin adı verildi

  Təhsil Nazirliyinin F-512 nömrəli əmrinin 8-ci bəndinə əsasən Vətən torpağının ərazi bütövlüyü uğrunda canından keçmiş Azərbaycan igidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər daim rəhbərlik tərəfindən nəzarətdə saxlanılır.  Rərbərliyin təşəbbüsü ilə siniflərə Suraxanı rayon şəhidlərinin adlarının verilməsi isə məktəbə gələn qonaqlar tərəfindən təqdirəlayiq hal olaraq qiymətləndirilir. Bu gün  şəhid Elşən Səmədli adına sinif otağına baş çəkən şəhidimizin anası  hazırlanan güşə qarşısında olduqca duyğusal anlar yaşadı. Əməyi keçən hər kəsə, xüsusilə rəhbərliyə öz təşəkkürünü bildirən şəhid anası öz maraqlı çıxışı ilə də yadda qaldı. Belə ki, şəhid Elşən Səmədlinin uşaqlıq illəri, gəncliyi, döyüş fəaliyyəti və nəhayət, şəhidlik zirvəsi haqqında ürək yanğısı və qürur hissi ilə danışan şəhid anasının söylədikləri şagirdlərə vətənpərvərlik hissini aşıladı. Onları Vətəni sevməyə, Vətəni qorumağa və lazım gələrsə, Vətən üçün ölməyə çağırdı. Həmçinin, şəhidin idman sahəsində qazandığı uğurları vurğulayan şəhid anası onun qazandığı diplomları, fəxri fərmanları  sinif otağına hədiyyə edəcəyinə söz verdi. 

  Tarix yazan şəhidlərimizi unutmuruq, unutdurmuruq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi