2 "B" Sağlam Təhsil sinfində "Yeni il" şənliyi

  2 "B" Sağlam Təhsil sinfində "Yeni il" şənliyi keçirildi. Sinif rəhbəri Nigar Mehdizadənin təşkilatçılığı ilə hazırlanan şənlik maarifləndirici xarakter daşıdı. Belə ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı haqqında şagirdlərin hazırladıqları təqdimatlar onların informasiya dairələrinin genişliyindən xəbər verdi. 2021-ci ildə şanlı qələbə qazanan  xalqımızın, ordumuzun, Ali Baş Komandanımızın şəninə söylənən şeir və mahnı nümunələri "Dəmir yumruq" altında birləşən Azərbaycanımızın qüdrətini bir daha vurğulamağa xidmət etdi. Maarifləndirici, əyləncəli və maraqlı "Yeni il" şənliyi şagirdlərin sevinc notları üzərində tamamlandı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi