Pedaqoji şura

  Pedaqoji şuranın növbəti iclası keçirildi. Məktəb rəhbərliyi tərəfindən təşkil olunan pedaqoji şurada 2021-ci tədris ilinin yekunları, qarşıya qoyulan hədəflər, işin düzgün icrasına aparan uğurlu təhlillər müzakirə edildi. Qiymətləndirmə, elektron jurnal ilə bağlı suallar cavablandırıldı. Məktəbin ictimai işlərində fəal iştirak edən müəllimlər rəhbərlik tərəfindən təltif edildi. Daha sonra mütaliənin təbliği üçün görülən və görülməsi nəzərdə tutulan işlərdən danışıldı. Şagirdlərin özünü cəmiyyətdə bir fərd olaraq təqdim etmək bacarığının məğzindəki mütəaliənin rolundan bəhs edildi. Artıq xeyli müddətdir ki, dəhliz divarlarının əsər personajlarının rəsmləri ilə bəzədilməsi şagirdlərin yaradıcı təfəkkürünün inkişafina, mütaliə etmək vərdişlərinin proqramlaşdırılmasına etdiyi xoş təsirdən danışıldı. Türkiyə Cumhuriyyətində mediya üzrə doktorant təhsili alan Sadiq İbrahimovla keçirilən onlayn görüşlərin faydaları müzakirə edildi. Görüş zamanı şagirdlərin ədəbiyyata, mütaliəyə yaranan maraqları, həvəsləri bu kimi təşəbbüslərin növbəti illərdə sayca çoxalmaq ehtiyacının vacibliyindən xəbər verdi. Məktəb rəhbəri Südabə Avdullayevanın 28 dekabr tarixində bütün dünya üzrə qabaqcıl təhsil işçilərinin kommunikasiyasını təşkil edən, onlar arasında ideya körpüsü quran T-NETWORK platformasında çıxışı da məhz həmin mütəliə qabiliyyətinin inkişaf etdirilməsinə yönəlik məqsədlərin qarşıya qoyulmasına xidmət etdiyi vurğulandı. Pedaqoli şura rəhbərliyin müəllimlərə ünvanlanan Dünya Azərbaycanlılarının Həmrəylik Günü təbriki ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi