3 "A" sinfi "Cırtdan" tamaşasında
Təhsil yalnız şagirdlərin oxumaqlarına yox, həm də ümumi dünyagörüşü səviyyələrinin çoxalmağına xidmət edir. Maraqlı ekskursiyaların təşkili - teatr, muzey və s. maarifləndirici təşəbbüslər şagirdlərin əylənərək öyrənmək prinsipini reallaşdırır, onları kollektiv fəaliyyətə, dostluğa, birliyə səsləyir. Bu kimi xoş niyyət 3 "A" sinfində də həyata keçirilib. Belə ki, gənc və məsuliyyətli kadrlardan olan Məftunə müəllim şagirdlərin asudə vaxtlarından səmərəli istifadə edib. Bakı Konqres Mərkəzinə "Cırtdan" tamaşasını izləmək üçün ekskursiya edən üçüncülərin təəssüratları olduqca yüksək, atılan addım, görülən iş isə təqdirəlayiqdir.