1 "B" sinfində "Yeni il" şənliyi

 

  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkilat saatı keçirildi. Sinif rəhbəri Minayə müəllim və müsiqi dərsini tədris edən İradə müəllimin rəhbərliyi ilə keçirilən təşkilat saatında 1 "B" sinif şagirdləri günü tarixi, əhəmiyyəti haqqında məlumatlandırıldılar. Daha sonra qalib xalq olmağın sevincini yaşayan, ərazi bütövlüyü təmin olunmuş böyük Azərbaycanımızın 2021-ci ildə qazandığı şanlı qələbəsi şagirdlər tərəfindən bir daha xatırlandı. Şəhidlərimiz dərin hüzünlə yad edildi. Şagirdlərin ifalarında səslənən şeir və mahnı nümunələri isə şanlı qələbəmizə, "Dəmir yumruq" ətrafında birləşən, həmrəy olan xalqımıza həsr edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi