Dərslərdə müasir silah növlərinin təbliğ edilməsi
Təhsil Nazirliyinin F-512 nömrəli əmrinin fəaliyyət planında icrasına əsasən dərslərdə müasir silah növlərinin təbliğ edilməsi çağırışaqədərki hazırlıq fənnini tədris edən Habil Qarayevin təşkilatçılığı ilə baş tutdu. Müasir texnika, müasir silah növləri haqqında ətraflı məlumatlarla çıxış edən Habil Qarayev, həmçinin, şagirdlərin vətəndaşlıq borcu, Vətənə xidmət öhtəliyi, məsuliyyəti və məhəbbəti haqqında fikir mübadiləsi apararaq onları daim ayıq-sayıq olmağa çağırdı. Dərs əzəli, əbədi torpaqlarımızın uyğrunda can verən igidlərimizin tutduqları müqəddəs yolun aliliyini unutmamağa, ərazibütövlüyü təmin olunmuş torpağımızı qorumağa və gələcək nəsillərə ötürməyə xidmət etdi.