"Bədənin əyilmə qabliyyəti" mövzusunda dərs
"Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heç". - deyən Artur Şopenhauerin sözlərindən stimul götürərək şagirdləri fiziki tərbiyə dərslərinə cəlb edən, maraqlı, əyləncəli oyunlar, yarışlar quran müəllimlərimizin gördükləri işlər təqdirəlayiqdir. Onlar daim müxtəlif bədən hərəkətlərindən istifadə edərək şagirdlərə sağlam həyat tərzinə sahib olmağın qaydalarını öyrədirlər. 7 "D" sinfində Nəzrin Heydərlinin rəhbərliyi ilə keçirilən fiziki tərbiyə dərsi də elə məhz həmin məqsədə xidmət etdi. "Bədənin əyilmə qabliyyəti. Aşağı ətraflarda əyilgənliyin inkişaf etdirilməsi" mövzusunda keçirilən dərsdə şagirdlərin aktivliyi isə rəhbərlik tərəfindən olduqca xoş qarşılandı.