"Biliyini məhsula çevir" adlı növbəti ustad dərsi
Şagirdlərin Şəxsi İnkişaf Platforması çərçivəsində təşkil olunan "Biliyini məhsula çevir" adlı növbəti ustad dərsimiz baş tutdu. Dərsin qonağı 2000-2002-ci illərdə kimya fənni üzrə təşkil olunmuş olimpiadaların respublika birincisi, Mendeleyev olimpiadasının (2002) bürünc medalçısı, təhsil idarəçisi və bir sıra intelektual-əyləncəli oyunun müəllifi Sənan Mahmudov oldu. Biliyi məhsula çevirməyin yolları barədə öz təcrübəsini bölüşən Sənan Mahmudov öz çıxışı ilə dərsi izləyən şagirdlərimizi maarifləndirdi. Dərs şagirdlər tərəfindən maraqlarla dinlənildi.