Qonaqlar məktəbin fəaliyyəti ilə tanış oldular

  Təhsil Nazirliyinin F-512 nömrəli əmrinin 8-ci bəndinə əsasən Vətən torpağının ərazi bütövlüyü uğrunda canından keçmiş Azərbaycan igidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər “Bir olaq, həmrəy olaq” adlı Həmrəylik Günü tədbiri münasibətilə məktəbimizə gələn rəsmi qonaqlar tərəfindən də təqdirəlayiq hesab edilmişdir. Onlar məktəbimizin şəhid məzunları və Suraxanı rayonunun 56 şəhidinin adları verilmiş sinif otaqları, siniflərdə  yaradılan fəxri guşələr ilə tanış olmuşlar. Şəhid Xudayar Yusifzadənin səsləndirdiyi "Xudayar təsnifi" nin məktəbin tənəffüs zəngində çalınması isə gələn qonaqları heyrətləndirərək sevindirmişdir. Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Tehran müəllimin rəhbərliyi ilə "Gəlin birlikdə mütaliə edək!"  layihəsi çərçivəsində hazırlanan qiraət otağının, mütaliəni vərdişə çevirmək, təbliğ etmək  məqsədilə dəhliz divarlarda müxtəlif əsər personajlarının rəsmlərinin çəkilməsi qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir. Ümumilikdə, məktəbin fəaliyyətindən razı qalan qonaqlar tədbir zamanı şagirdlərin hazırladıqları "Bayraq" kompazisiyası, Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibətilə təqdim olunan mahnılar, şeirlər və s. təqdimatlar haqqında xoş sözlər söyləmişlər. Qeyd edək ki, qonaqlar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavini Könül xanım Axundova, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov və digəri idilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi