Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirildi

  Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirildi. Məktəbin akt zalında baş tutan bu möhtəşəm tədbirdə Suraxanı rayonunun bir çox rəsmi nümayəndələri iştirak etdilər. Belə ki,  Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavini Könül xanım Axundova, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov və digər möhtərəm qonaqlar tədbir zamanı çıxış edərək məktəbin fəaliyyətini, şagirdlərin vətənpərvər ruhda böyümələri üçün atılan addımları, bu kimi möhtəşəm tədbirlərin ərsəyə gəlməsində çəkilən zəhməti yüksək qiymətləndirmişlər. Qeyd edək ki, tədbirdən sonra bu kimi rəsmilər sosial şəbəkələrdəki hesabları üzərindən məktəbin fəaliyyəti haqqında öz xoş təəssuratlarını bölüşmüşlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi