“Bir olaq, həmrəy olaq” adlı Həmrəylik Günü tədbiri
Bu gün məktəbimizdə “Bir olaq, həmrəy olaq” adlı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavini Könül xanım Axundova, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov və digər qonaqlar iştirak ediblər.
Şagirdlərin təqdimatında təşkil olunmuş tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsasının dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğu vurğulanıb. Həmçinin, qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik gününün hər bir azərbaycanlı üçün inam və ümid anı olduğu qeyd edilib.
Tədbir şagirdlərin ifasında bədii kompozisiya ilə davam edib.