2 "D" sinfində dərsdinləmə
Tədrisin təşkilini, şagirdlərin dərsdəki fəaliyyətini yoxlamaq məqsədilə həyata keçən dərsdinləmələrimiz davam edir. Belə ki, rəhbərlik mütəmadi olaraq keçilən dərslərə nəzarət edir. Verilən metodik tövsiyələr, təklif və iradlar dərs prosesinin daha da keyfiyyətli tədrisinə xidmət edir.
Bu gün 2 "D" sinfinin dərsləri dinlənilib. Rəhbərlik Kəmalə Məmmədovanın keçdiyi Azərbaycan dili dərsini izləyib. "Cc, Çç və Qq hərfləri" mövzusunda keçilən dərsdə şagirdlər öyrəndikləri hərfləri sərbəst yazmaq və oxumaq vərdişlərinə yiyələniblər.