Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilən dəyirmi masa

  Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı öz tarixi, mədəniyyət abidələri, milli - mənəvi dəyərləri ilə seçilən xalqdır. Bu zəngin mədəniyyət tarixini qoruyub saxlamaq isə hər bir vətəndaşın üzərinə düşən şərəfli məsuliyyətdir. Bu gün məktəbdə təşkil olunmuş  dəyirmi masa elə həmin məqsədə xidmət etdi. Belə ki, tarix dərsini tədris edən Nərmin Səfərova rus bölməsi 8 "D" sinif şagirdlərinin iştirakı ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr etdiyi  dəyirmi masada Azərbaycan mədəniyyətinin dünəni, bu günü və gələcəyindən bəhs edildi. Qədim yurdumuz Qarabağdakı mədəniyyət abidələri, orada aparılan quruculuq işləri haqqında şagirdlərin maraqlı təqdimatları dinlənildi. Sonda mədəniyyətimizi, aşıq şeirimizi daim zirvədə saxlayan Aşıq Ələsgərinın həyat və yaradıcılığına həsr edilmış vidioçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi