Qayıdışın mübarək, Laçın

  Azadlığının bir yaşı olan əzəli, əbədi torpağımızın - Laçının qayıdış günü 2 "B" sinfində qeyd edildi. Sinif rəhbəri Nigar Mehdizadənin təşəbbüsü ilə baş tutan tədbir böyük ruh yüksəkliyi ilə qeyd olundu. İllər  sonra belimizi dikəldən, üzümüzü ağ edən, qürurumuzu dirçəldən günün möhtəşəmliyi, əlamətdarlığı şagirdlər tərəfindən sevinclə, məhəbbətlə, fəxarətlə nümayiş edildi. Ancaq, təbiidir ki, bu sevincin yanındakı kədər - daim borclu olduğumuz, məhəbbətlə, minnətdarlıqla xatırlayacağımız şəhidlərimiz, onlara olan sayğı və hörmət tədbir boyu hər kəsi müşayiət etdi. Tədbirin sonunda direktor Südabə Abdullayevanın çıxışı isə şagirdləri daim mübariz ruha, millətçiliyə və Vətən sevgisinə səslədi. Qayıdışın mübarək, Laçın!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi