Yol hərəkəti qaydaları

  Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.4.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün” Tədbirlər Planına uyğun olaraq məktəbimizin akt zalı yenə möhtəşəm bir tədbirə şahidlik etdi. Tədbirin keçirilməsində məqsəd şagirdləri maarifləndirmək, onların təhlükəsiz davranış və yol hərəkəti qaydaları barəsində bilik səviyyələrinin, ona əməl etmək bacarıqlarının nümayiş edilməsinə nail olmaq idi. İbtidai sinif şagirdlərindən ibarət ümumməktəb tədbirində şagirdlər yolda, ictimai nəqliyyatda təhlükəsizlik qaydaları, davranış mədəniyyəti, icazə verilən maksimum hərəkət sürəti, nəzərdə tutulan cərimələr, nizamlayıcının göstərişləri, yol nişanları haqqında məlumatları olduqca maraqlı şəkildə təqdim etdilər. Rəhbərliyin iştirakı ilə keçirilən tədbirdə məqsəd əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldərək, şagirdlərə yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə etmək xarakteri daşıdı. Həmin qaydaların uşaq yaşlarından öyrənilməsinin və buna əməl olunmasının vacibliyi təbliğ edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi