17 noyabr - Milli Dirçəliş Günü

  17 noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar dəyirmi masa keçirildi. Tarix dərsini tədris edən Ofelya Musayevanın 9 "D" sinif şagirdlərinin iştirakı ilə təşkil etdiyi dəyirmi masada Azərbaycan xalqının uzun illərdir arzusunda olduğu müstəqillik tarixindən danışıldı. Ötən ildən bəri torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması, bu müstəqilliyi, bütövlüyü qoruyub saxlamaq naminə xalqımızın göstərdiyi birlik, bərabərlik haqqında fikir mübadiləsi edildi. Qeyd edildi ki, yağı düşmənin mənfur niyyəti hələ də torpaqlarımızın üstündədir. 16 noyabr şəhidləri bu fikri bir daha sübut edir. Lakin xalqımızın birliyi, Ali Baş Komandanımızın sarsılmaz iradəsi, uzaqgörən siyasəti nəticəsində düşmənin pis niyətini daim dəf edir, onları məğlubiyyətə uğradırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi