9-cu sinif şagirdlərinin validenləri ilə görüş keçirildi

  9-cu sinif şagirdlərinin validenləri ilə görüş keçirildi. Məktəbin akt zalında baş tutan görüş zamanı bir çox məsələlərə aydındıq gətirildi. Belə ki, keçirilən monitorinqə əsasən, zəif nəticə göstərən şagirdlər haqqında geniş söhbət aparıldı. Həmin şagirdlərin ictimai əsaslarla keçirilən dərslərə qoşulmaqları məsləhət görüldü. Direktor Südabə Abdullayeva şagirdləri zərərli vərdişlərdən və zərərli internet oyunlarından yayındırmaq məqsədilə tövsiyə xarakterli çıxış edərək valideynləri bu və digər mövzularda diqqətli olmağa səslədi. Görüşün sonunda isə məktəbli formalarının daim nəzarət altında saxlanıldığı vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi