Fazil Şahabəli oğlu Bayramovun barelyefinin açılış mərasimi

  Məktəbimizin məzunu Fazil Şahabəli oğlu Bayramovun barelyefinin açılış mərasimində iştirak edən 2 "Ç" sinif şagirdlərinin çıxışı olduqca maraqla qarşılandı. Sinif rəhbəri Kəmalə İsgəndərovanın təşkilatçılığı ilə hazırlanan təqdimat şagirdlərin ifalarında uğurla səsləndi. Onların xüsusi geyimi, səsləndirdikləri şeirlər balaca şagirdlərimizin vətənpərvərliyindən xəbər verdi. Qeyd edək ki, Bayramov Fazil Sahabəli oğlu 01.04.1975-ci ildə Qərbi Azərbaycanın Dərələyəz Mahalının Qızılgül kəndində anadan olub.1988-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddiası və milli ayrıseçkilik fonunda bütün türkləri dədə-baba torpaqlarından qovduqlarına görə 13 yaşında Gəncə şəhərində müvəqqəti məskunlaşıb. O, 1989-cu ilin avqust ayında Bakı şəhər, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" y/s., ev 153, mənzil 52-yə köçərək həmin ilin sentyabr ayında Suraxanı rayonu 279-nömrəli tam orta məktəbin 7-ci sinfində orta təhsilini davam etdirib. Şəhidimiz

1992-ci ildə həmin məktəbdən məzun olub.1993-cü ilin yazında isə Azərbaycan Ordusuna həqiqi hərbi xidmətə çağırılıb. Ağdam, Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edib. 1993-cü il dekabr ayının 10-da Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin  zirehli texnikasından atılan atəş nəticəsində Ramazanov Ulubek adlı döyüş yoldaşı ilə birlikdə yaralanıblar.

Düşmənə əsir düşməmək üçün qumbara ilə özünü partladaraq həyatına son qoyub. 40 gündən sonra tapılan nəşini gətirən Arif adlı zabit (özünü Fazilin komandiri kimi təqdim edib) qumbaranın halqasının Fazilin barmağında olduğunu qeyd edib. İkinci Fəxri Xiyabanda (Şəhidlər Xiyabanında) dəfn edilən qəhrəman igidimizə Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi