Zəfər tarixinə həsr edilən dəyirmi masa

  9 "E" rus bölməsi sinif şagirdlərinin iştirakı ilə Zəfər tarixinə həsr edilən dəyirmi masa təşkil edildi. Tarix dərsinin peşəkar tədrisçisi Nərmin Səfərlinin rəhbərliyi ilə baş tutan dəyirmi masada Ulu öndər Heydər Əliyev siyasi irsinin davamçısı Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qazandığımız düşmən üzərində möhtəşəm qələbəmiz - Zəfər tariximiz haqqında hazırlanan təqdimatlar, şeirlər, informasiyalar, video-çarx qalib xalq olma sevincinin qürurundan xəbər verdi. Rəhbərliyin iştirakı və təqdiri ilə sona çatan dəyirmi masa vətənpərvərlik duyğularının aşılanmasına, canını ölkənin ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin daim diqqət və hörmətlə yad edilməsinin təmin edilməsinə xidmət etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi