Zəfər Gününə hərs edilən dəyirmi masa

  Ölkəmizin tarixində böyük əhəmiyyətə malik olan qürur günümüz - Zəfər Gününə hərs edilən dəyirmi masa təşkil edildi. Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Sədaqət İsgəndərovanın rəhbərliyi ilə təqdim olunan dəyirmi masanın iştirakçıları - 9 "D" sinif şagirdləri günün tarixi önəmini anladan geniş informasiyalarla çıxış edərək düşmən üzərindəki Böyük Qələbənin şahidi olduqlarının qürurunu yaşadıqlarını bildirdilər. Tarix dərsini tədris edən Ofelya Musayevanın çıxışı isə qədim Azərbaycan torpaqlarının bu gün bir bayraq altında birləşməsi və bu tarixi qələbənin uzaqgörən siyasət nəticəsində əldə edilməsi istiqamətində oldu. Rəhbərlik tərəfindən izlənən dəyirmi masa böyük ruh yüksəkliyi ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi