Möhtəşəm Zəfər Günü tədbiri

  Möhtəşəm Zəfər Gününə həsr olunmuş tədbirlər davam etməkdədir. Sinif rəhbəri Sara Əliyevanın təşkilatçılığı ilə məktəbin akt zalında təqdim olunan tədbirdə 4 "C" sinif şagirdlərinin maraqlı çıxışları təqdirəlayiq idi. Zəfər Günü haqqında verilən geniş informasiyalar, oxunan nəğmələr, səslənən şeir nümunələri vətənpərvər ruhda tərbiyə olunan şagirdlərin qürurundan, fərəhindən xəbər verdi. Tədbirin sonunda direktor Südabə Abdullayevanın çıxışı isə izləyənləri daim belə birliyə səslədi. Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi