Qarabağ mətbəxi

  Qarabağ mətbəxi Azərbaycan milli mədəniyyətinin tərkib hissəsidir. Bu mədəniyyəti qoruyub saxlamaq, yetişməkdə olan gənc nəslə təbliğ etmək məqsədilə Qarabağın zəngin mətbəxindən nümunələr, müxtəlif dadlı çeşidlər hazırlandı. Sinif rəhbəri Aygün Kərimovanın təşkilatçılığı ilə qurulan süfrə 2 "D" sinif valideynlərinin əməyi hesabına başa gəldi. Süfrədə təqdim olunan altı növ plov, buğlama, dolma, Qarabağ kətəsi, müxtəlif şirniyyatlar, şəhidlərimizin ehsanı üçün hazırlanan halva qədim Azərbaycan mədəniyyətinin - Qarabağ mətbəxinin zənginliyindən xəbər verdi. Rəhbərliyin və məktəbin məzunu olmuş İkinci Qarabağ müharibəsinin qəhrəman qazilərinin iştirakı ilə baş tutan bu möhtəşəm gün olduqca qürurverici anlar yaşatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi