Zəfər Günü tədbiri

  Məktəbin akt zalında təşkil olmuş möhtəşəm Zəfər Günü tədbirində müxtəlif sinif şagirdləri öz maraqlı təqdimatları ilə çıxış etdilər. İbtidai sinif rəhbəri Kəmalə İsgəndərovanın rəhbərliyi ilə 2 "Ç" sinfinin təqdimatı zamanı şagirdlər xüsusi geyimdə günün əhəmiyyətini əks etdirən müxtəlif şeirlər və "Zəfər bayramı" mahnısıyla çıxış etdilər. Həmin sinifdə təhsil alan şagirdin atası Səbuhi Əsədovun çıxışı isə izləyicilər tərəfindən maraqla qarşılandı. Qeyd edək ki, məktəbin məzunu olan

Əsədov İkinci Dağlıq Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Ordusunun zabiti, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik leytenantıdır. O, 44 gün davam edən müharibə zamanı Füzuli, Cəbrayıl, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi