"Zəfər Günü" tədbiri

  Uzun illərdir gözümüzü yolda, ürəyimizi intizarda saxlayan Vətən həsrəti artıq sona çatdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şücaəti nəticəsində qazandığımız Böyük Zəfər sarsılan qürurumuzu dirçəltdi, əyilən başımızı ucaltdı. Fiziki tərbiyə dərsini tədris edən Nəzrin Heydərlinin təşkilatçılığı ilə hazırlanan tədbir də elə bu möhtəşəm Zəfər Gününün qeyd edilməsi ilə bağlı oldu. 7 "D" sinif şagirdlərinin iştirakı ilə baş tutan tədbirdə səslənən şeirlər, çıxışlar, təqdimatlar ərazi bütövlüyü tam təmin olunmuş qədim Azərbaycan torpağının zənginliyindən xəbər verdi. Tədbir direktor Südabə Abdullayevanın çıxışı ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi