Xudayar Yusifzadənin anım günü münasibətilə videoçarx hazırlandı

  Bu gün Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri Xudayar Yusifzadənin şəhid olmasından bir il ötür. Bu gün onun dastana döndüyü gündür.

  Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.

1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olan Xudayar Yusifzadənin atası Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası Rada Yusifzadə isə evdar xanım idi. Ailədə dörd uşaq olublar: üç qardaş və bir bacı.

  Müharibə varsa, şəhid də var, qazi də. Əsas olan odur ki, hər birimiz şəhidimizi, qazimizi, qəhrəmanlarımızı hörmətlə yad etməli və onlara məhəbbətlə yanaşmalıyıq. Məktəbimizdə bu ruhda şagirdlərimizlə aparılan işlər təqdirəlayiqdir.

  Bu gün 7 "B" sinif şagirdlərindən Vəlizadə Ümüd, Mehbalıyev Ruslan, Hümbətov Rəmzi və Poladlı Məhəmmədin Xudayarın anım günü münasibəti ilə hazırladıqları bu videoçarx hər birimizi kövrəltdi. Çox sağ olun, uşaqlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi