Şəhidin anım günü qeyd edildi

  2 "Ç" sinif rəhbəri Kəmalə İsgəndərovanın təşkilatçılığı ilə şəhid Xudayar Yusifzafənin anım günü qeyd edildi. Rəhbərliyin iştirakı ilə keçilən tədbir zamanı şəhidin uşaqlığı, gəncliyi və ən əsas əsgərlik dövrü - şəhadətə ucalması haqqında dərin hüzün və məhəbbətlə danışan şagirdlərin vətəndaş mövqeyi, vətən sevgisi, şəhidə olan böyük sayğısı olduqca təqdirəlayiq görüntülərə səbəb oldu.

Qeyd edək ki, şəhidin oxuduğu və sonradan onun adıyla səslənən Xudayar təsnifi hər gün məktəbin tənəffuz zəngində səslənir. Şəhidləri unutmuruq və unutdurmuruq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi