Qayıdışın mübarək, Zəngilan!

  Azadlığının bir yaşı olan əzəli, əbədi torpağımızın - Zəngilanın qayıdış günü 8 "A" sinfində qeyd edildi. Riyaziyyat dərsini tədris edən Səbinə Mehdiyevanın təşəbbüsü və rəhbərliyi ilə baş tutan tədbir böyük ruh yüksəkliyi ilə qeyd olundu. 27 ildən sonra belimizi dikəldən, üzümüzü ağ edən, qürurumuzu dirçəldən günün möhtəşəmliyi, əlamətdarlığı şagirdlər tərəfindən sevinclə, məhəbbətlə, fəxarətlə nümayiş edildi. Ancaq, təbiidir ki, bu sevincin yanındakı kədər - daim borclu olduğumuz, məhəbbətlə, minnətdarlıqla xatırlayacağımız şəhidlərimiz, onlara olan sayğı və hörmət tədbir boyu hər kəsi müşayət etdi. Tədbirin sonunda direktor Südabə Abdullayevanın çıxışı isə şagirdləri daim mübariz ruha, millətçiliyə və Vətən sevgisinə səslədi. Qayıdışın mübarək, Zəngilan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi