Müstəqilliyin Bərpası Günü

  Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir 5 "F" sinfində baş tutdu. Musiqi dərsini tədris edən İradə Hüseynova və UBTR Afaq Səfərovanın təşkilatçılığı ilə hazırlanan tədbir vətənpərvər duyğuların, fəxr, qürur hissinin öncəlik təşkil etdiyi böyük ruh yüksəkliyi ilə təqdim olundu. Tədbir zamanı xalqımızın rifahı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu hörmətlə yad edildi. Səslənən şeir nümunələri, Zəfər tariximizi əks etdirən maraqlı informasiyalar tədbiri daha da zənginləşdirdi. Direktor Südabə Abdullayevanın çıxışı isə şagirdləri daim vətənpərvər olmağa, Vətən torpağı uğrunda can qoyan şəhidlərimizin milli irsinə sadiq qalmağa səslədi.

Şair demiş:

"Şəhidlərinin can verdiyi torpaqlar

Böyüdü, böyüdü

Qarabağ oldu!".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi