Füzulinin işğaldan azad olunması ilə bağlı tədbir

  17 oktyabr - Füzulinin işğaldan azad olunması ilə bağlı tədbir keçirildi. Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Məlahət Ağayevanın təşkilatçılığı ilə hazırlanan tədbir 9-cu sinif şagidlərinin iştirakı ilə baş tutdu. Tədbir boyu şagirdlər ölkəmizin ərazi bütövlüyünü təmin etmək, xalqımızın sarsılan qürurunu dirçəltmək naminə canlarından keçmiş şəhidlərimizin şəkillərini əllərində saxlayaraq onlara olan hörmət, məhəbbət və minnətdarlıq hissini ifadə etdilər. Bu günü bizə yaşadan Ali Baş Komandanın rəhbərliyi altında döyüşən, can verən, torpaq alan şəhidlərimiz, qazilərimiz, onlara olan ehtiram, inam var olduqca heç bir yağı düşmənin elimizə - obamıza yaxın gələ bilməyəcəyini vurğuladılar. Tədbirin sonunda direktor Südabə Abdullayevanın çıxışı isə həm emosianal, həm də qürurlu anlar yaşatdı. Tədbir "Qarabağ şikəstəsi" ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi