Cəbrayılın qayıdış günü qeyd olundu

  4 oktyabr - Cəbrayılın işğaldan azad olunduğu gün! 27 illik həsrətə, əsarətə son qoyulduğu gün! Şəhidlərimizin qanı, canı bahasına Azərbaycan bayrağının Cəbrayıl torpaqlarında dalğalandığı gün! Bu günün mötəşəmliyini, bu günün qürurunu, sevincini duymaq bütün duyğulardan alidir, bütün duyğulardan yüksəkdir. Və bu günü bizə yaşadan Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə, igid əsgərlərimizə minnətdarlıq hissi isə ən səmimi, ən kövrək hissdir. Eşq olsun bizlərə bu günü yaşadanlara!

  İbtidai sinif müəllimi Sevda Süleymanova da günün qürurunu şagirdləri ilə birlikdə qeyd etdi. 4 "A" sinif şagirdləri hazırladıqları tədbirdə əvvəlcə Azərbaycan Dövlət Himnini səsləndirdilər. Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirin bədii hissəsində isə vətənpərvərlik ruhunda səslənən şeirlər, oxunan mahnılar qalib xalqın milli qürur coşğusunu ifadə etdi.

  Tədbir rəhbərlik tərəfindən izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi