Ağacəkmə aksiyası

  Bu gün məktəbimizin şagirdləri Şəhidlərin Anım Gününə həsr olunmuş ağacəkmə aksiyasinda iştirak etdilər. Onlar 44 günlük Zəfər tarixini sinvolizə edən 44 ədəd ağac əkərək məktəbin həyətini yaşıllıqlara bürüdülər. Məktəbimizin qonağı Bakı Baş Təhsil İdarəsinin keyfiyyətə nəzarət şöbəsinin müdiri Anar Mustafazadə və məktəb rəhbərliyi tərəfindən izlənilən ağacəkmə aksiyası dərin, maarifləndirici söhbətlərlə də yadda qaldı. Belə ki, Anar müəllim öz çıxışında ağacı əkməkdən çox, ağacı qorumağın, ağaca qulluq etməyin vacibliyi vurğuladı. Aparılan fikir mübadiləsi şagirdlər tərəfindən də olduqca xoş qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi