Şəhid anaları ilə görüş keçirildi

  Bu gün məktəbimizdə Şəhidlərin Anım Gününə həsr olunmuş tədbirlər bütün ibtidai sinifləri əhatə etdi. 2 "Ç" sinfinin şagirdləri köynəklərində şəhid müəllimlərin, məktəbimizin şəhid məzunlarının, Xudayar Yusifzadənin, general Polad Həşimovun, Mübariz İbrahimovun və digər şəhidlərin şəkilləri həkk olunmuş köynəklər geyinərək, "Xudayar" təsnifini oxudular.Tədbirə onlayn vasitə ilə qoşulan general Polad Həşimovun, Xudayar Yusifzadənin, İlkin Muradlının və məktəbimizin şəhid məzunu Şamo Məhərrəmovun anaları onların şəhid balalarını unutmadıqları üçün məktəb rəhbərliyinə minnətdarlıq hissini vurğuladırar.

Azərbaycan xalqı var olduqca şəhidlərimiz daim anılacaq və onların adları ən ali zirvədə qeyd olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi