Valideynlərlə görüş keçirildi

  5-11-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüş zamanı ötən bir ili, demək olar ki, distant formada davam etdirilən tədris prosesinin uzun fasilədən sonra yenidən əyani tədrislə əvəz olunmasından danışıldı. Rəhbərliyin təşkilatçılığı ilə baş tutan görüşdə birinci sinifə başlayan uşaqların sinif otağına öyrəşmək, qırx beş dəqiqə sinif otağında oturmaq vərdişlərinin, pandemiya dövrünün tələblərinə uyğun olaraq sanitar-gigiyenik qaydalara əməl etmək öhtəliklərinin vacibliyi vurğulandı. Bu kimi məsələlərdə valideynlərin üzərinə düşən məsuliyyət qeyd olundu. "Müəllim, şagird, valideyn" həmrəyliyinin şagirdlərin inkişafına müsbət təsiri haqqında tövsiyələr verildi. Valideynləri maraqlandıran suallar cavablandırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi