279 nömrəli tam orta məktəbin Loqosunun elmi izahı

  Bu loqo müasir Azərbaycan təhsilinin əsas çalarlarını və prinsiplərini özündə ehtiva edən, 279 nömrəli tam orta məktəbi təmsil etmək məqsədi ilə istifadə edilən qrafik işarələrdən ibarət olan rəsmi simvoldur. Loqo müasir Azərbaycan təhsilinin əsas çalarlarını və prinsiplərini özündə əks etdirir. Loqonun mərkəzindəki açıq kitab təhsilin fasiləsizliyini, daimiliyini və dünyaya açıq olduğunu ifadə edir.  Loqoda təsvir olunan rənglər  Azərbaycan Respublikasının dövlət bayrağındakı mənasını təhsilimizdə millilik, dünyəvilik və əxlaqi-mənəvi dəyərlərə sadiqlik prinsiplərini əks etdirmək üçün istifadə olunub. Xarı bülbülün təsviri müasir Azərbaycanın,müzəffər xalqımızın qələbə rəmzidir. Zəfər Qələbəmizin rəmzidir. Gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə eyham vurur. Çünki Azərbaycan təhsilinin, elminin ümumi ideya-bədii istiqaməti və aparıcı prinsipləri türkçülük, islamçılıq və müasirliklə bağlıdır. 8 guşəli ulduzların mərkəzində məktəbdə şagirdlərin bəhrələndiyi elm, incəsənət sahələrinin rəmzləri göstərilib: tarix, riyaziyyat, musiqi, biologiya, kimya, fizika. Qlobus və göyərçinlər bütün dünyada elmin,əsl keyfiyyətli təhsilin yalnız sülh, əmin-amanlıq şəraitində mümkünlüyünü əks etdirir. Təhsil insanları nurlu sabaha, işıqlı gələcəyə aparır.

modelidir.Loqo , təhsilin keyfiyyətlilik prinsipinə əsaslanan qüdrətini və gücünü əks etdirən qızılı rəngli əsas çalarlar ilə tamamlanır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi