"Sənətkarlıq" layihəsi

  Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Sənətkarlıq" layihəsi həyata keçirildi. Rayon ərazisində yerləşən məktəblərin məzunları olmuş  qazi və şəhid övladlarının dəvət olunduğu layihədə məktəbimizin də şəhid övadları iştirak etdilər. Vətən müharibəsində cəsarətlə döyüşən, qəhrəmancasına şəhid olan Elsevər Yarıyevin övladları Gülər Yarıyeva və Qalıb Yarıyev də diqqət və qayğı ilə yanaşılan şəhid övladlarının sırasında idilər.

  Ürəyi nisgilli balalarımızı sevindirən belə gözəl bir  layihəyə dəvət olunduğumuz üçün Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı dəyərli Əziz müəllim Əzizova məktəb rəhbərliyi adından öz təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi