Şəhidin məzarı ziyarət edildi

  Təhsil Nazirliyinin Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planını rəhbər tutaraq F-90 nömrəli əmri ilə təsdiq edilmiş 1. 2. 2. bəndinə əsasən Vətən torpağının ərazi bütövlüyü uğrunda canından keçmiş Azərbaycan igidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu dəfə məktəbin ibtidai sinif müəllimi Mətanət Bayramova öz şagirdləri ilə "Vətən yaxşıdı!" təsnifi ilə könüllərdə taxt quran şəhid Xudayar Yusifzadənin qəbrini ziyarət etmək məqsədil ilə Bərdə şəhərinə yollanıblar. Onlar həmçinin şəhidin ailəsi ilə də görüşərək şəhid anasına, şəhid ailəsinə daim diqqət və məhəbbətlə yanaşdıqlarını bildiriblər. Şəhid Xudayar Yusifzadənin anası isə artıq bir ildir ki, məktəb zənginin "Xudayar təsnifi" ilə əvəz edilməsindən dolayı hiss etdiyi qürur, məhəbbət və təşşəkkür hissini ifadə edib. Növbəti dərs ilində şəxsən direktor  Südabə Abdullayevaya təşəkkür məqsədilə məktəbə gələcəyini bildirib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi