"Yay məktəbində bir gün" layihəsi

  "Yay məktəbində bir gün" layihəsi çərçivəsində keçilən dərslər şagirdlərin sevincinə səbəb olub. İsti yay günlərində məktəbin "Çiçək" bağında sosial məsafəni qoruyaraq təşkil olunan dərslər şagirdlərin maariflənməsi ilə yanaşı, onların inkişafına da xidmət edir. Bu gün 10-cu sinif şagirdləri direktor Südabə Abdullayevanın iştirakı ilə kulturalogiya haqqında mühazirəni dinlədikdən sonra  fiziki tərbiyə dərsinin tələblərinə uyğun olaraq olduqca hərəkətli, aktiv dərs nümayiş etdirdilər. Dərsi tədris edən Nurlan Allahverdiyevin rəhbərliyi altında müxtəlif bədən hərəkətləri edən şagirdlər daha canlı, daha dinamik və ən əsası sağlam şəkildə dərslərə davam etdilər.

  Həmçinin Zemfira müəllimin rəhbərliyi ilə "Hansı peşəni sevirəm" mövzusunda təşkil edilən rollu oyun da "Yay məktəbində bir gün" layihəsi çərçivəsində keçilən maraqlı dərslər sırasındadır. Qeyd edək ki, 1 "A" sinif şagirdlərinin göstərdikləri yaradıcı fəaliyyət nəticəsində dərs porosesi uğurla başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi