"Yay məktəbi" fəaliyyətə başladı

  Məktəbimizin müxtəlif meyvə ağacları, rəngarəng güllər ilə zəngin olan bağında "Yay məktəbi" fəaliyyətə başladı. Təmiz havada, ağacların kölgəsində, gigiyenik qaydalara tam əməl olunaraq, sosial məsafəni gözləyərək təşkil olunmuş "Yay məktəbi" şagirdlər tərəfindən maraqla qarşılandı. Öyrənilər biliklərin möhkəmləndirilməsi, zəif nəticə göstərən şagirdlərin yenidən dərslərə cəlb olunması, əyləncəli, məntiqi dərslərin təşkili məhz şagirdlərin inkişafına xidmət edən gözəl bir yenilkdir. Bu yeniliyi qiymətləndirən, dərslərdə fəal iştirak edən şagirdlərin çoxluğu isə müəllim heyətini daha da həvəsləndirir və onları böyük bir səylə çalışmağa sövq edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi