Son zəng

   Dəcəl, şıltaq uşaqlıq illəri başa çatdı. Bu gün şagirdlərin gəncliyə,  müstəqilliyə, bir sözlə, həyata qədəm qoyduqları gündür.  Enişli-yoxuşlu həyat yolunun  ilk günüdür. Belə gözəl, belə əlamətdar  “Son zəng” günü bizim məktəbimizdə də böyük təntənə ilə qeyd edildi. Bir-birindən gözəl qızların, oğlanların çıxışları, məktəblə vidalaşma anları hər birimizin yaddaşında  silinməz izlər buraxdı.  Rəngarəng şeirlər, əyləncəli müsiqilərlə zəngin olan "Son zəng" tədbiri  duyğusal anlarla da yadda qaldı. Belə ki, direktor Südabə  Abdullayeva öz çıxışında şəhidlərimizin qanı bahasına qazanılan böyük Zəfərimiz haqqında söhbət açaraq şəhidlərin örnək həyat yollarından danışdı. Məktəbin şəhid məzununun timsalında bütün şəhidlərə rəhmət dilədi. Şagirdlərin sevincinə, kədərinə şərik olduğunu vurğulayan Sudabə xanım məzunlara işlərində uğurlar, valideynlərinin  və məktəbin adını daima uca tutmalarını arzuladı.Tədbirin sonunda məktəbin ictimai işlərində fərqlənən şagirdlər mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi