Məktəbin fəaliyyəti haqqında məqalə yazıldı

 Pandemiya dövrünün çətinliklərinə baxmayaraq dezavantajı avantaja çevirən məktəb rəhbəri və məktəb heyətinin fəaliyyəti "Elin səsi" qəzetində dərc olundu. Qəzetin müxbiri Aylin Şanidar tərəfindən hazırlanan xüsusi təqdimat vasitəsilə məktəbin 2020-2021-ci tədris ilinə işıq tutuldu. Karantin dövründə şagirdlərin Virtual Məktəb layihəsindən istifadə edərək onlayn dərslərdəki aktiv fəaliyyətləri, ənənəvi təhsilə keçid və ənənəvi təhsil zamanı məktəbin xüsusi karantin qaydalarına tam əməl etməklə təqdim etdiyi təmizlik, səliqə-səhman haqqında yazıldı. Şahidi olduğumuz Vətən müharibəsinin ağrı-acılarının və Böyük Zəfərimizin fəxr, qürür hissinin şagirdlərə təsiri, məktəbin məzun şagirdlərinin müharibədə iştirakı, haqq dünyasına köçən igid şəhidlərimizin daim yaddaşlarda qalmaları yolunda aparılan təbliğatlar, qazilərimizlə onlayn görüşlər məqalənin əsas məzmunu idi. Bu yöndə atılan mühüm addımlardan biri kimi qiymətləndirilən şəhid Xudayar Yusifzadənin oxuduğu "Vətən yaxşıdı" təsnifinin məktəbin zəng səsi ilə əvəzləndirilməsi və bu örnək davranışın təqdir olunaraq ölkənin bir çox sayt xəbərlərində, televiziya ekranlarında işıqlandırılması haqqında məlumat sözügedən məqalədə yer almışdır.  Bütün bu proseslərdə məktəb rəhbəri Südabə Abdullayevanın əvəzedilməz rolundan danışılmışdır.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi